Almaniya klubunda futbolçuların baş məşqçiyə qarşı “üsyan”ı

Dortmund “Borussiya”sında baş məşqçi və oyunçular arasında gərginlik yaşanıb.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Dortmud təmsilçisinin lider oyunçuları klubun baş məşqçisi Edin Terziçdən narazıdırlar. Onlar “Borussiya”nın CEO-su Hans-Yoahim Vatskeyə mütəxəssislə əməkdaşlığa davam etməyin komanda üçün yaxşı olmayacağını bildiriblər.

Xəbərdə Edin Terziçlə yolların ayrılacağı təqdirdə, ilk namizədin Oliver Qlasner olduğu vurğulanıb.

Terziç 2022-ci ildən Dortmund komandasını çalışdırır. Onun rəhbərliyi altında komanda bu mövsüm Çempionlar Liqasının qrup mərhələsini 11 xalla lider kimi başa vurub və 1/8 finala adlayıb. “Borussiya” 1/8 finalda PSV ilə qarşılaşacaq. “Qara-sarılar” Bundesliqanın turnir cədvəlində isə 26 xalla 5-cidirlər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button