“Futbolçular arasında fərq qoymuram” – Rəşad Sadıqov
“Zirə” Azərbaycan kubokunun 1/8 finalında “Şamaxı”nı 3:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
Komanda.az xəbər verir ki, Bakı təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında oyun haqda fikirlərini bölüşüb:
“Keçənilki kimi yenə də bizə 1/8 finalda ən arzuolunmaz rəqiblərdən biri düşmüşdü. Rəqib komandanın baş məşqçisi həmişə kuboka önəm verir, son 5-6 ildə 2 dəfə final oynayıb. Bilirdik ki, oyun bizim üçün çətin keçəcək. Amma matça çox yaxşı başladıq və hesabda 2:0 önə keçdik. Ondan sonra da bir neçə təhlükəli hücumumuz var idi. 3-cü qolu vurub oyuna daha rahat davam edə bilərdik. Həmin dəqiqələrdə rəqib yaxşı hücum qurub hesab arasındakı fərqi azaltdı. Bilirdik ki, ikinci hissə çətin olacaq. Şükürlər olsun ki, ikinci yarıya da yaxşı başladıq. “Şamaxı” xarakterli komandadır, sona qədər mübarizə apardılar. Bu period üçün olduqca vacib qələbə qazandıq”.
Bizi Facebook-da izləyin