“Futbolçu tullanırsa, harasa düşməlidir” – Elmar Baxşıyev

Misli Premyer Liqasının 7-ci turunun “Qəbələ” – “Sumqayıt” oyunundan (1:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Komanda.az sizi 42 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:

“Son günlər ermənilərin törətdiyi təxribat nəticəsində şəhid olan hərbçilərimizə Allah rəhmət eləsin.

Bilirdik ki, bizi ağır oyun gözləyir. Üç matçda uduzsaq da, bu gün daha yaxşı çıxış edəcəyimizə inanırdıq. İstədiyimizi meydanda görə bildik. Matçın sonları bir az stressli keçdi. Qırmızı vərəqədən sonra fikrimizi daha çox müdafiəyə yönəldi. Komandanı təbrik edirəm. Əzmkar və layiqli qələbə qazandıq.

Belə epizodlar qırmızı vərəqə ilə dəyərləndirilirsə, sözüm yoxdur. İkili mübarizə idi. Futbolçu tullanırsa, harasa düşməlidir. Mən komandamın meydanda oynamasını istəyirəm. Oyun olduqca, nəticələr də olacaq. Əksi olanda isə təsadüfi qələbələrin davamını gətirmək alınmır. Futbolun özəlliyi də odur ki, epizodlar yaradırsan və dəyərləndirməyəndə rəqibə də şans verirsən. Komandam xarakter göstərdi və sonadək rəqibə epizod vermədi.

Öz komandama cavabdehəm. Mən məşqçi kimi “Qəbələ”də başlamışam, burda inkişaf etmişəm. Hiss etsəm ki, gedişim kluba müsbət təsir edəcəksə, bunu özüm təklif edərəm. Biz asanlıqla təslim olan komanda deyilik. İddiamızın üstündə dayanıb sonadək mübarizə aparacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button