Futbolçu “Traktor” fanatlarını daşa basdı, oyun yarımçıq dayandırıldı

Futbol üzrə İran çempionatında 28-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.

Təbriz klubu doğma meydanda “Persepolis”lə qarşılaşıb. Lakin “traktorçular”ın bu oyunu yarıda qalıb. Belə ki, qonaq komandanın futbolçusu Omid Alişah təbrizli fanatlara daş atdığı üçün iki komandanın futbolçuları arasında dava düşüb və oyun 70-ci dəqiqədə, hesab 0:0 olarkən dayandırlıb. Qarşılaşmanın sabah qaldığı yerdən davam etdiriləcəyi bildirilir.

Pandemiyadan bəri ilk dəfə “Traktor”un 70 min fanatı bu oyunda bir araya gəlib və komandalarını qələbəyə səsləyib. Onlar Azərbaycanla da bağlı ənənəvi şüarlarını səsləndiriblər.

“Traktor” 27 turdan sonra 25 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button