İngiltərə millisinin qapıçısı motokrossa olan sevgisindən danışdı

“Everton”un və İngiltərə millisinin qapıçısı Cordan Pikford motokrossa (motosiklet idmanı) olan sevgisindən danışıb.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, bunu deyib:

“Futbolçu kimi motokross etməyə icazəm yoxdur, amma həqiqətən də, çox istərdim. Uşaq vaxtı hər həftə dostlarımla birlikdə izləməyə gedirdim və ən yaxın dostum indi Böyük Britaniya çempionatında yarışır. İmkanım olsaydı, hər həftə gedib bacardığım qədər izləyərdim. Təəssüf ki, müqavilələrimizdə bu cür şeylərə qarşı sərt qaydalar var. Yəqin ki, həyatda etməkdən zövq alacağım yeganə şey budur”.

31 yaşlı ingilis futbolçu bu mövsüm Premyer Liqada 9 oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button