Futbolçu karyerasını bitirdi, “Qəbələ”də məşqçiliyə başladı

“Qəbələ” klubunda yeni məşqçi təyinatı gerçəkləşib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ötən mövsüm futbolçu kimi “qırmızı-qaralar”ın heyətində olan Rasim Ramaldanov məşqçi təyin edilib. Karyerasını başa vuran 35 yaşlı müdafiəçi Elmar Baxşıyevin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alacaq.

2016/17 mövsümündə “Qəbələ”də debüt edən müdafiəçi “qırmızı-qara” formada 39 oyun keçirib, 1 qol vurub. O, çempionatda 32 (1 qol), kubokda 4, UEFA Avropa Liqasında 3 görüşdə iştirak edib.

Ramaldanov “Qəbələ”yədək “Simurq”, “Sumqayıt”, “Xəzər Lənkəran”, Gürcüstanda “Kolxeti” klublarının formasını geyinib. O, Azərbaycan millisində 16 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button