Futbolçu 27 yaşında intihar etdi
Futbol üzrə İsveçrənin U-21 yığmasının sabiq oyunçusu Kərim Qazzetta intihar edib.
Komanda.az xəbər verir ki, Bosniya və Herseqovinanın “Jrinski” komandasında forma geyinən 27 yaşlı futbolçu, özünü Mostarda yaşadığı binadan atıb.
İsveçrənin “Servett” klubunun yetirməsi olan Qazzetta, “Vintertur”, “Lozanna” və “Ksamaks”da da forma geyinib. O, Mostar klubuna bu ilin yayında məhz “Ksamaks”dan keçmişdi.
İntiharın səbəbləri araşdırılır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin