Giqqz Uels millisindən kənarlaşdırıldı

Futbol üzrə Uels millisinin baş məşqçisi Rayan Giqqz qarşıdakı 3 oyunda komandaya rəhbərlik etməyəcək.

Komanda.az xəbər verir ki, bu barədə Uels Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Xəbərdə, yığmaya Belçika və Çexiyaya qarşı DÇ-2022-nin seçmə mərhələ oyunlarında və Meksika ilə yoldaşlıq görüşündə Robert Peycin rəhbərlik edəcəyi bildirilib.

2020-ci ilin noyabrında Giqqz rəfiqəsinə hücumda şübhəli bilinərək həbs edilib. Sabiq yarımmüdafiəçi günahını boynuna almayıb. 46 yaşlı mütəxəssis dindirildikdən sonra araşdırma başa çatanadək girov müqavilində azadlığa buraxılıb.

Giqqz bundan əvvəlki ABŞ, İrlandiya və Finlandiya ilə matçlarda da komandadan kənarlaşdırılmışdı. Bu görüşlərdə də yığmaya Peyc rəhbərlik etmişdi.

Giqqz 2018-ci ilin yanvarından Uels millisini çalışdırır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button