DÇ-2022-nin 1 milyon avroluq mükafatını xəstə uşaqlara bağışladılar

Futbol üzrə Serbiya milli komandasının üzvləri xeyirxah addım atıblar.

Komanda.az xəbər verir ki, yığma üzvləri DÇ-2022-nin final mərhələsinə vəsiqə qazandıqları üçün aldıqları 1 milyon avronu xəstə uşaqlara yardım məqsədiylə bağışlayıblar. Bu barədə Serbiya mətbuatı məlumat yayıb.

Serbiya yığması DÇ-2022-nin seçmə mərhələsində A qrupunu lider kimi bitirib və mundialın final mərhələsinə vəsiqə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button