AÇ-2020 öncəsi ciddi itki – heyətdən çıxarıldı
Futbol üzrə Polşa milli komandası AÇ-2020 öncəsi ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, yığmanın hücumçusu Arkadiuş Milik sıradan çıxıb. Bu barədə Polşa Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb. 27 yaşlı hücumçu zədə səbəbindən AÇ-2020-ni buraxacaq.
AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Polşa yığması Slovakiya, İsveç və İspaniya ilə qarşılaşacaq.
AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin