Lüksemburq millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı
Futbol üzrə Lüksemburq millisinin UEFA Millətlər Liqası çərçivəsində Azərbaycan və Kiprlə qarşılaşacağı oyunlar üçün heyəti açıqlanıb.
Komanda.az xəbər verir ki, bu barədə Lüksemburq Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Lüksemburq millisi noyabrın 14-də səfərdə Kiprlə, 17-də isə evdə Azərbaycanla qarşılaşacaq.
Yığmanın çalışdırıcısı Lyuk Holts 23 futbolçuya dəvət göndərib:
Qapıçılar: Tim Kips (“Düdelanj”), Antony Moris (“Yunion”, Belçika), Ralph Skon (“Vlits”);
Müdafiəçilər: Dirk Karlson (“Karslrue”, Almaniya), Lars Gerson (“Norrçöpinq”, İsveç), Laurent Yans (“Standard”, Belçika), Seid Koraç (“Nürnberq”, Almaniya), Enes Mahmutovic (“Lvov”, Ukrayna), Vahid Selimov (OFİ, Yunanıstan), Pinto Mika (“Sparta”, Rotterdam, Niderland), Marvin Martins (“Kasa Pia”, Portuqaliya);
Yarımmüdafiəçilər: Leandro Barreiro, Florian Bohnert, Rupil Timote (hər üçü “Maynts”, Almaniya), Matias Olesen (“Köln”, Almaniya), Danel Sinani (“Vasland-Beveren”, Belçika), Aldin Skenderovic (“Proqress”), Olivier Till (“Tambov” Rusiya), Sebastien Till (“Nasyonal”, Portuqaliya);
Hücumçular: Stefano Bensi (“Fola”), Moris Devill (“Saarbrüken”, Almaniya ), Edvin Muratoviç (“Düdelanj”), Jerson Rodriges (“Dinamo” Kiyev, Ukrayna).
Bizi Facebook-da izləyin