Milli komandanın qapıçısının oteldə meyiti tapıldı

Futbol üzrə Kyurasao milli komandasının üzvü Jarzinyo Piter vəfat edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 31 yaşlı qapıçının ölümünə səbəb ürək dayanması göstərilir.

Piter, Kyurasao millisinin Haiti ilə qarşılaşacağı oyundan əvvəl qaldığı oteldə ölü tapılıb. Mərhum qapıçı 11 dəfə milli komandanın formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button