A Seriyasında işləyən baş məşqçilərin maaşları
Futbol üzrə İtaliya A Seriyasında çalışan baş məşqçilərin illik qazancları məlum olub.
Komanda.az xəbər verir ki, bu barədə “Calcio e finanza” portalı məlumat yayıb.
A Seriyasının ən çox qazanan baş məşqçiləri Massimiliano Alleqri (“Yuventus”) və Joze Mourinyodur (“Roma”). Hər iki mütəxəssis klublarından illik 7 milyon avro maaş alır.
“İnter”in çalışdırıcısı Simone İnzaqi 4, “Latsio”nun baş məşqçisi Mauritsio Sarri isə 3 milyon avro qazanır.
Hazırda A Seriyasında lider olan “Napoli”nin baş məşqçisi Luçano Spalettinin qazancı da 3 milyon avrodur. Turnir cədvəlinin 2-cisi “Milan”ın çalışdırıcısı Stefano Pioli isə 2 milyon avro məvacib alır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin