İspaniya millisinə “Real”dan futbolçu çağırılmadı SİYAHI

Futbol üzrə İspaniya milli komandasının bu il keçiriləcək Avropa çempionatı üçün ilkin heyəti açıqlanıb.

Komanda.az xəbər verir ki, yığmanın baş məşqçisi Luis Enrike 24 futbolçuya dəvət göndərib. İspaniya millisinə “Real”dan futbolçu çağırılmayıb.

Qapıçılar: Unay Simon (“Atletik”), David de Xea (“Mançester Yunayted”, İngiltərə), Robert Sançes (“Brayton”, İngiltərə);

Müdafiəçilər: Xose Luis Qaya (“Valensiya”), Jordi Alba (“Barselona”), Pau Torres (“Vilyarreal”), Emerik Laport, Erik Qarsiya (hər ikisi “Mançester Siti”, İngiltərə), Dieqo Lyorente (“Vilyarreal”), Sesar Asplikueta (“Çelsi”, İngiltərə), Markos Lyorente (“Atletiko”);

Yarımmüdafiəçilər: Serxio Buskets, Pedri (hər ikisi “Barselona”), Rodri (“Mançester Siti”), Tyaqo Alkantara (“Liverpul”, İngiltərə), Koke (“Atletiko”), Fabian Ruis (“Napoli”, İtaliya);

Hücumçular: Dani Olmo (“Leyptsiq”, Almaniya), Mikel Oyarsabal (“Real Sosyedad”), Alvaro Morata (“Yuventus”, İtaliya), Jerar Moreno (“Vilyarreal”), Ferran Torres (“Mançester Siti”), Adama Traore (“Vulverhempton”, İngiltərə), Pablo Sarabiya (PSJ, Fransa).

AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. İspaniya millisi turnirin qrup mərhələsində İsveç, Polşa və Slovakiya yığmaları ilə qarşılaşacaq.

AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button