“Həyəcanverici qrupa düşmüşük” – İrlandiya yığmasının çalışdırıcısı

Futbol üzrə İrlandiya milli komandasının baş məşqçisi Stiven Kenni DÇ-2022-nin seçmə mərhələsinin püşkünü dəyərləndirib.

Komanda.az xəbər verir ki, “Sky Sports News”-a danışan Kenni, həyəcanverici qrupa düşdüklərini deyib:

“Həyəcanverici qrupa düşmüşük. Portuqaliya Avropa çempionu və Millətlər Liqasının qalibidir, Serbiyanın da gücü danılmazdır.  Lüksemburq yığması son illərdə inkişaf edib və digər rəqibimiz də Azərbaycan millisidir.

5 komandadan ibarət qrupdur və biz martda 3 oyun keçirəcəyik. Sıx qrafik olmayacaq, buna görə də maraqlı qrupdur.

Yeni macəra başlayır. Bundan əvvəlki vaxtlarda bir çox futbolçu dəvət etmişdik yığmaya, heyətimiz genişlənib. Bu da o deməkdir ki, martda daha güclü olacağıq. Oyunları səbirsizliklə gözləyirik və əsas mərhələyə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

İrlandiya yığması AÇ-2022-nin seçmə mərhələsinin A qrupunda Portuqaliya, Serbiya, Lüksemburq və Azərbaycanla mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button