Premyer Liqada koronavirusa daha 4 yoluxma
Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan klubların kollektivi növbəti dəfə koronavirus testindən keçirilib.
Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.
Xəbərdə 26 oktyabr – 1 noyabr aralığında 1446 nəfərdən koronavirus testi götürüldüyü, yalnız 4 nəfərdə yoluxma faktı qeydə alındığı diqqətə çatdırılıb.
Bununla da 31 avqustdan bəri koronavirus testi müsbət nəticə verənlərin sayı 48-ə çatıb.
Koronavirusa yeni yoluxanların kimliyi və hansı kluba məxsus olmaları açıqlanmır. Onlar qaydalara uyğun 10 gün karantində qalacaqlar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin