4 ay sonra yenidən milli komandada

Futbol üzrə Çin millisinin yeni baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, yığmanın “sükan”ı Marçello Lippiyə tapşırılıb. Bu barədə Çin Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb. İtalyan mütəxəssis ilə Qətərdə keçiriləcək DÇ-2022-nin sonuna qədər müqavilə imzalanıb.

Lippi 2016-2019-cu illər aralığında da Çin millisini çalışdırıb. O, 4 ay əvvəl – yanvarda istefa vermişdi. Onun yerinə millinin “sükan”ı müvəqqəti Fabio Kannavaroya tapşırılmışdı. Bir müddət əvvəl Kannavaro da millidəki işindən ayrıldığnı açıqlamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button