
Tokio-2020: Braziliya millisi çempion oldu!
Futbol üzrə Braziliya millisi Tokio-2020 Yay Olimpiya Oyunlarının qalibi olub.
Komanda.az xəbər verir ki, “sambaçılar” finalda İspaniya yığmasıyla üz-üzə gəlib. Görüş Braziliya millisinin 2:1 hesablı qələbəsiylə yekunlaşıb.
Braziliyanın qollarını Mateus Kunya və Malkom, İspaniyanın qolunu isə Mikel Oyarsabal vurub.
Braziliya yığması 2016-cı ildə də Olimpiya Oyunlarının qalibi olmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin