“Qarabağ”ın futbolçusu milliyə çağırılmadı
Futbol üzrə Bosniya və Herseqovina milli komandasının AÇ-2020-nin seçmə mərhələsində İtaliya və Lixtenşteynlə qarşılaşacağı oyunlar üçün heyəti açıqlanıb.
Komanda.az xəbər verir ki, yığmanın baş məşqçisi Robert Prosineçki 25 futbolçuya dəvət göndərib. “Qarabağ”ın qapıçısı Asmir Beqoviç bu dəfə də siyahıdan kənarda qalıb. Daha əvvəl Azərbaycan milli komandasını da çalışdıran Prosineçki, 32 yaşlı qapıçını oyun praktikasının çatışmazlığı səbəbindən milliyə çağırmadığını bildirib.
Bu yay “Bornmut”dan “Qarabağ”a icarə əsasında keçən Beqoviç, Azərbaycan Premyer Liqasında 6, Avropa Liqasında isə 3 oyuna çıxıb.
Bosniya və Herseqovina millisi noyabrın 15-də İtaliya, 18-də isə Lixtenşteynlə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin