Belçika millisində itki – Çexiya ilə oyunu buraxacaq
Futbol üzrə Belçika milli komandası DÇ-2022-nin seçmə mərhələsinin 2-ci turunda bu gün Çexiya yığması ilə qarşılaşacaq.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Belçika millisi sözügedən səfər matçında Yannik Karraskonun köməyindən istifadə edə bilməyəcək. Bu barədə yığmanın baş məşqçisi Roberto Martines açıqlama verib. Martines, Karraskonun zədə səbəbindən Çexiya ilə matçı buraxacağını deyib.
Bu gün keçiriləcək Çexiya – Belçika matçı saat 23:45-də start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin