Milli komandada baş məşqçi ayrılığı
Futbol üzrə Belarus milli komandasının baş məşqçisi İqor Kriuşenko vəzifəsindən ayrılıb.
Komanda.az xəbər verir ki, bu barədə Belarus Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Kriuşenkonun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. O, 2017-ci ildən yığmaya başçılıq edirdi.
Belarus millisi AÇ-2020-nin seçmə mərhələsində C qrupunda Şimali İrlandiya, Almaniya, Hollandiya, Estoniya ilə mübarizə aparır. Belarus yığması 4 turdan sonra 0 xalla 4-cü yerdə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin