Yenə Emil Balayev, yenə…

Futbol üzrə Azərbaycan millisinin qapıçısı Emil Balayev Qazaxıstanda növbəti dəfə fərqlənib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Qazaxıstan çempionatının 22-ci turu çərçivəsində keçirilmiş “İrtış”la matçda (2:0) “Tobol”un ən yaxşı oyunçusu seçilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Emil “İrtış”la görüşün start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Balayev 28 dəqiq ötürmə verib, 7 dəfə də komandasını real qoldan xilas edib.

Emil Balayev ötən turda da “Tobol”un heyətində ən yaxşı oyunçu seçilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button