Slovakiya millisinin Azərbaycanla oyun üçün heyəti

Futbol üzrə Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsindəki rəqiblərindən olan Slovakiya yığmasının heyəti açıqlanıb.

Komanda.az yerli federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Pavel Hapal AÇ-2020-nin seçmə mərhələsində noyabrın 16-da Xorvatiya və 19-da Azərbaycanla keçiriləcək oyunlar üçün 24 futbolçuya dəvət göndərib:

Qapıçılar: Martin Dubravka (“Nyukasl”, İngiltərə), Dominik Qreyf (“Slovan”), Marek Rodak (“Fulhem”, İngiltərə);

Müdafiəçilər: Peter Pekarik (“Herta”, Almaniya), Lyubomir Şatka (“Lex”, Polşa), Denis Vavro (“Latsio”, İtaliya), Milan Skriniar (“İnter”, İtaliya), Martin Valyent (“Malyorka”, İspaniya), Norbert Qyomber (“Peruca”, İtaliya), David Hançko (“Sparta”, Çexiya);

Yarımmüdafiəçilər: Stanislav Lobotka (“Selta”, İspaniya), Patrik Xroşovski (“Genk”, Belçika), Yan Qrequş (“Minnesota Yunayted”, ABŞ), Yuray Kuçka (“Parma”, İtaliya), Andrey Duda (“Herta”, Almaniya), Matuş Bero (“Vitess”, Hollandiya), Marek Hamşik (“Dalyan İfan”, Çin), Laslo Benes (“Borussiya” Münhenqladbax, Almaniya), Albert Rusnak (“Real Solt Leyk”, ABŞ), Robert Mak (“Zenit”, Rusiya), Lukaş Haraslin (“Lexiya”, Polşa);

Hücumçular: Mixal Dyuriş (“Anortosis”, Kipr), Robert Bojenik (“Jilina”), Samuel Mraz (“Brondbü”, Danimarka).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button