Berti Foqtsdan UEFA-ya: “Yekun qərarınızı indi verin”

Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Berti Foqts AÇ-2020-nin təxirə salınmasını istəyir.

Komanda.az xəbər verir ki, bu barədə alman mütəxəssis, “T-online.de” portalına açıqlamasında deyib:

“Turnirin taleyi ilə bağlı hələ heç kim UEFA-dan dəqiq məlumat almayıb. Bu da məni heyrətə gətirir. Millidə işləmiş məşqçi kimi UEFA-ya müraciət edirəm: Avropa çempionatını təxirə salın. Yekun qərarınızı indi verin, çox gözləsək, gec olacaq. UEFA-nın turniri iyuna salma qərarı əsl dəlilikdir. Yarışı dekabrın ortalarına qədər təxirə salmaq lazımdır.

Təsəvvür edin, Avropa çempionatında Almaniya ilə Fransa arasındakı oyun boş tribunalar qarşısında keçirilir. Bu, mümkün deyil. Ümid edirəm ki, o vaxta qədər tribunalara daha çox azarkeş buraxılar”.

Berti Foqts 2008-2014-cü illərdə Azərbaycan millisini çalışdırıb.

AÇ-2020 keçən ilin yayında keçirilməli olsa da, pandemiya səbəbiylə təxirə salındı. Turnirin bu ilin 11 iyun-11 iyul aralığında 12 müxtəlif şəhərdə keçirilməsi planlaşdırılır. Bu şəhərlər arasında Bakı da var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button