Azərbaycan millisinin Moldova ilə matçına azarkeşlər buraxıla bilər

Futbol üzrə Azərbaycan milli komandasının Moldova ilə keçirəcəyi yoxlama matçına azarkeşlər buraxıla bilər.

Komanda.az xəbər verir ki, bu barədə Moldova mətbuatı məlumat yayıb. Moldova Futbol Federasiyası Azərbaycanla keçiriləcək yoxlama matçında məhdud sayda azarkeşlərin iştirakını təmin etmək üçün yerli hakimiyyət orqanları ilə danışıqlar aparır.

Moldovada dünən verilən qərara görə, ölkə kubokunun “Şerif”lə “Sfıntul George” komandaları arasında keçiriləcək final matçında “Zimbru” stadionunun tutumunun 50 faizi qədər azarkeş iştirak edəcək. Sözügedən qarşılaşma mayın 30-da olacaq.

Moldova – Azərbaycan oyunu iyunun 6-da “Zimbru” stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button