
Azərbaycan kubokunda 1/8 finalın oyun cədvəli açıqlandı
Futbol üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyun cədvəli müəyyənləşib.
Komanda.az xəbər verir ki, bir oyundan ibarət olan mərhələnin görüşləri iki günü əhatə edəcək. Mərhələnin “Qaradağ Lökbatan” – “Zirə” qarşılaşması Peşəkar Futbol Liqasının “youtube” kanalında, digər oyunlar isə “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Azərbaycan kuboku, 1/8 final mərhələsi
24 yanvar
Səbail – Zaqatala
“ASCO Arena”, 15:00
25 yanvar
Turan Tovuz – Qəbələ
Tovuz şəhər stadionu, 14:00
Qaradağ Lökbatan – Zirə
“Dalğa Arena”, 16:00
Sabah – Kəpəz
“Bank Respublika Arena”, 17:00
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin