Amerika kuboku: Argentina millisi yarımfinalda!
Futbol üzrə Amerika kubokunda 1/4 final mərhələsinin oyunlarına yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Peru yığması Paraqvayla qarşılaşıb. Əsas vaxtı 3:3 hesabıyla bitən matçda Peru millisi penaltilər seriyasında rəqibindən daha dəqiq olub və adını yarımfinala yazdırıb.
Digər matçda Braziliya ilə Çili üz-üzə gəlib. Oyun Braziliya yığmasının minimal hesablı qələbəsiylə başa çatıb.
Bu gün daha iki qarşılaşma keçirilib. Uruqvay Kolumbiyaya uduzaraq, turnirlə vidaşalıb. Argentina isə Ekvador üzərində inamlı qələbə qazanıb.
Amerika kuboku, 1/4 final mərhələsi
3 iyul
Peru – Paraqvay 3:3 (penaltilər 4:3)
Qol: Qustavo Qomes, 12-avtoqol. Canluka Lapadula, 40. Yosimar Yotun, 80 – Qustavo Qomes, 11. Xunior Alonso, 54. Qabriel Avalos, 90.
Braziliya – Çili 1:0
Qol: Lukas Paketa, 46.
4 iyul
Uruqvay – Kolumbiya 0:0 (penaltilər 2:4)
Argentina – Ekvador 3:0
Qol: Rodriqo De Paul, 40. Lautaro Martines, 84. Lionel Messi, 90+3.
Bizi Facebook-da izləyin