
Daha 3 il Xorvatiya millisində – rəsmi
Futbol üzrə Xorvatiya milli komandasında baş məşqçi Zlatko Daliçlə müqavilə yenilənib.
Komanda.az xəbər verir ki, bu barədə Xorvatiya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb. Daliçlə müqavilənin müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulub.
Daliç 2017-ci ildən Xorvatiya yığmasını çalışdırır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin