2 futbolçu Türkiyə millisinin heyətindən çıxarıldı
Futbol üzrə Türkiyə milli komandası ciddi itkiylə üzləşib.
Komanda.az xəbər verir ki, yığmanın futbolçuları – Kənan Karaman və Sərdar Aziz heyətdən çıxarılıb. Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Hər iki oyunçu zədə səbəbiylə heyətdən kənarlaşdırılıb.
Türkiyə yığması DÇ-2022-nin seçmə mərhələsində, oktyabrın 11-də Latviya ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin