Kubokda püşk atıldı – Azərbaycanlı futbolçuların rəqibləri bilindi
Futbol üzrə Türkiyə kubokunda 3-cü mərhələnin cütləri məlum olub.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Namik Ələskərovun çıxış etdiyi “Bursaspor” bu turda “Ceyhanspor”la qarşılaşacaq.
Digər azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Keçiörəngücü” isə “Ağrı 1970″lə üz-üzə gələcək.
Bir oyundan ibarət olan 3-cü mərhələnin oyunları oktyabrın 26, 27 və 28-də olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin