Futbol hakimi koronavirusa yoluxdu – Türkiyədə
Futbol üzrə Türkiyə çempionatının oyunlarını idarə edən hakimlər növbəti dəfə koronavirus testindən keçiblər.
Komanda.az xəbər verir ki, testlər nəticəsində 1 hakimdə koronavirus aşkarlanıb. Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Virusa yoluxan hakimin simptom göstərmədiyi və karantinə alındığı bildirilib. Adı açıqlanmayan referi 10 gün ərzində karantində qalacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin