Seneqal millisinin 2 futbolçusunda koronavirus aşkarlandı
Futbol üzrə Seneqal milli komandasının iki futbolçusunda koronavirus aşkarlanıb.
Komanda.az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb. Xəbərdə, İdrissa Qeye (PSJ) və Fode Ballo-Turenin (“Milan”) koronavirus testinin müsbət çıxdığı bildirilib.
Seneqal yığması Afrika Millətlər kubokunda sabah Qvineya ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin