Rusiya millisinin yeni baş məşqçisi məlum oldu – rəsmi

Futbol üzrə Rusiya milli komandasının yeni baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, yığmanın “sükan”ı Valeri Karpinə tapşırılıb. Bu barədə Rusiya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb. Karpinlə müqavilə 2021-ci ilin sonuna qədər nəzərdə tutulub. Rusiyalı mütəxəssisin yığmadakı işinə görə müqaviləsinin müddəti artırıla bilər.

Rusiya yığmasını son olaraq Stanislav Çerçesov çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button