Qazaxıstan superkuboku ləğv olundu
Futbol üzrə Qazaxıstan superkubokunda “dördlər finalı” ləğv edilib.
Komanda.az xəbər verir ki, bu barədə “meta-ratings.kz” saytı məlumat yayıb. Superkubok uğrunda mübarizə ölkədə mövcud siyasi vəziyyətə görə əvvəlcədən nəzərdə tutulduğu vaxtda – fevralın 24-də olmayacaq.
Qazaxıstan superkuboku başqa vaxta təxirə salına bilər. Belə olacağı halda, yarışda 4 yox, 2 komanda iştirak edəcək.
Superkubok uğrunda “dördlər finalı” fevralın 24-də Nur-Sultanda başlamalı idi. Yarışda “Tobol”, “Astana”, “Kayrat” və “Kızıljar” klubları iştirak etməli idi.
Qazaxıstanda yanvarın 19-na qədər fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin