Bombardir millidən getdi

Futbol üzrə Qana yığmasının üzvü Asamoah Qyan millidəki karyerasını bitirib.

Komanda.az xəbər verir ki, bu barədə 33 yaşlı hücumçu şəxsi “tvitter” hesabından məlumat yayıb. 2003-cü ildə millidə debüt edən Qyan, yığmada 106 oyuna çıxıb və 51 qol vurub. Hücumçu Qana millisində ən çox qol vuran futbolçu ünvanını daşıyır.

Hazırda Türkiyənin “Kayserispor” klubunda forma geyinən Qyanın Super Liqa təmsilçisi ilə mövsümün sonuna qədər müqaviləsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button