
Milli komandada baş məşqçiylə yeni müqavilə
Futbol üzrə Nigeriya milli komandasının baş məşqçisi Gernot Rorun müqaviləsinin müddəti uzadılıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 66 yaşlı mütəxəssis 2022-ci ilin yayına qədər yığmanı çalışdıracaq.
2016-cı ildən Nigeriya millisinin baş məşqçisi olan Rorun müqaviləsi iyuna qədər idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin