“Ən əsas şey son oyunlardakı səhvlərimizi təkrarlamamaqdır” – Lüksemburq millisinin baş məşqçisi
Futbol üzrə Lüksemburq milli komandasının baş məşqçisi Lyuk Holts DÇ-2022-nin seçmə mərhələsinin püşkünü dəyərləndirib.
Komanda.az xəbər verir ki, “lessentiel.lu” saytına danışan Holts, püşkü belə dəyərləndirib:
“Bütün ev oyunlarımızda stadionu dolduracağıq. Bu, bizə əlavə motivasiya verə bilər. Bacarıqlarımızı tam göstərə bilsək, rəqiblərlə mübarizə apara, hər oyunun dadını çıxara bilərik. Ən əsas şey son oyunlardakı səhvlərimizi təkrarlamamaqdır”.
Lüksemburq yığması AÇ-2022-nin seçmə mərhələsinin A qrupunda Portuqaliya, Serbiya, İrlandiya və Azərbaycanla mübarizə aparacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin