Millinin hücumçusunda koronavirus aşkarlandı

Futbol üzrə Kolumbiya milli komandasının hücumçusu Alfredo Morelosda koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə Kolumbiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Koronavirus testi müsbət çıxan Morelos karantinə alınıb.

Hücumçu ilə yanaşı, millinin məşqçilərindən Jose Rondonda da virus aşkarlanıb. Hər iki şəxs təhlükəsizlik protokoluna uyğun olaraq təcrid olunub.

Kolumbiya yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində iyunun 3-də Peru, 8-də isə Argentina ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button