Millinin sabiq üzvü itkin düşdü

Futbol üzrə Kanada millisinin sabiq üzvü Pol Ceyms itkin düşüb.

Komanda.az xəbər verir ki, bu barədə Toronto polisi məlumat yayıb. Məlumatda, 58 yaşlı Ceymsin itkin düşdüyü və onun tapılmasında xalqdan kömək istədikləri bildirilib.

Ceyms 1983-1993-cü illər aralığında Kanada milli komandasının şərəfini qoruyub. Keçmiş yarımmüdafiəçi 2012-ci ildə uzun müddət narkotik maddələr asılılığından əziyyət çəkdiyini açıqlamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button