İtaliya millisinin futbolçuları peyvənd olundu
Futbol üzrə İtaliya milli komandasının üzvləri koronavirusa qarşı peyvənd olunublar.
Komanda.az xəbər verir ki, bu barədə “Sky Sport İtalia” nəşri məlumat yayıb. Xəbərdə, yığmanın 28 futbolçusuna koronavirusa qarşı vaksinin ilk dozasının vurulduğu bildirilib.
AÇ-2020-dən əvvəl İtaliya millisinin bütün heyətinin vaksin olunacağı açıqlanıb.
AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. İtaliya yığması turnirin qrup mərhələsində Türkiyə, İsveçrə və Uelslə qarşılaşacaq.
AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.
Bizi Facebook-da izləyin