İtaliya millisində növbəti itki
Futbol üzrə İtaliya milli komandası növbəti itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, yığmanın hücumçusu Moyze Kin zədələnib. Bu barədə “Football İtalia” nəşri məlumat yayıb. Xəbərdə, əzələsindən zədə alan Kinin yığmanın düşərgəsini tərk etdiyi bildirilib.
Fransanın PSJ klubunda çıxış edən 21 yaşlı hücumçu bu mövsüm 33 oyunda 17 qol vurub.
İtaliya yığmasında bundan əvvəl yarımümdafiəçilər Jorjinyo və Brayan Kristante də zədələnmişdi. İtaliya millisi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində martın 25-də Şimali İrlandiya (ev), 28-də Bolqarıstan (səfər), 31-də isə Litva ilə (səfər) qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin