İtaliya millisində daha 3 itki

Futbol üzrə İtaliya milli komandası daha üç itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, müdafiəçi Corco Kyellini, hücumçu Domeniko Berrardi və Françesko Kaputo zədələnib. Bu barədə “Football İtalia” nəşri məlumat yayıb. Hər üç futbolçu millinin düşərgəsini tərk edərək, klublarına qayıdıblar.

İtaliya yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində martın 28-də Bolqarıstanla, 31-də isə Litva ilə qarşılaşacaq. İtalyanlar hər iki oyunu səfərdə keçirəcək.

İtaliya millisində bundan əvvəl Moyze Kin, Jorjinyo və Brayan Kristante zədələnmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button