
İtaliyada futbol çempionatı maya qədər dayandırıldı – koronavirusa görə
Futbol üzrə İtaliya B Seriyasında mövsüm maya qədər dayandırılıb.
Komanda.az xəbər verir ki, buna səbəb çempionatda iştirak edən klublarda koronavirusa yoluxma hallarının çoxalmasıdır. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Çempionata mayın 1-nə qədər fasilə verilib.
B Seriyasında 34 turdan sonra “Empoli” klubu 66 xalla liderdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin