A Seriyasında daha bir oyun təxirə salındı
Futbol üzrə İtaliya A Seriyasının 26-cı turunun daha bir görüşü təxirə salınıb.
Komanda.az xəbər verir ki, bu gün keçirilməli olan “Sampdoriya” – “Verona” matçı təxirə salınıb. Bu barədə A Seriyasının rəsmi saytı məlumat yayıb. Görüş, koronavirus epidemiyasına görə təxirə salınıb. “Sampdoriya” – “Verona” matçı mayın 13-də keçiriləcək.
A Seriyasının 26-cı turunun “Yuventus” – “İnter”, “Udineze” – “Fiorentina”, “Milan” – “Cenoa”, “Parma” – SPAL və “Sassuolo” – “Breşiya”matçları da koronavrius epidemiyasına görə təxirə salınıb. Qarşılaşmaların mayın 13-də keçirilməsi nəzərdə tutulur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin