Premyer Liqa: Bir nəfərdə koronavirus aşkarlandı

Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan klubların kollektivindən növbəti dəfə koronavirus testi götürülüb.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb. Məlumatda, 20 klubda bütovlükdə 1564 nəfərin testdən keçdiyi bildirilib. Testlər nəticəsində bir nəfərdə koronavirus aşkarlanıb. Virusa yoluxan şəxsin adı və klubu məlum deyil.

Koronavirusa görə martdan dayandırılan İngiltərə Premyer Liqası dünən bərpa olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button