Premyer Liqada koronavirusla bağlı yeni qayda

Futbol üzrə İngiltərə Premyer Liqasında koronavirusla bağlı tətbiq edilən qaydalarda dəyişiklik edilib.

Komanda.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, bundan sonra bir matçın təxirə salınmasını istəyən komandanın heyətində azı 4 nəfərdə koronavirus aşkarlanmalıdır. Əks halda, qarşılaşmalar təxirə salınmayacaq.

Bu qayda fevralın 5-dən tətbiq ediləcək.

İngiltərə Premyer Liqasında koronavirusa görə 19 qarşılaşma təxirə salınıb və nə zaman keçiriləcəyi hələ məlum deyil.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button