Gürcüstanda futbol yarışları təxirə salınır – koronavirusa görə
Futbol üzrə Gürcüstan çempionatına fasilə verilir.
Komanda.az xəbər verir ki, bu barədə Gürcüstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Buna səbəb ölkədə koronavirusa yoluxma hallarının artması və epidemioloji vəziyyətin pisləşməsidir.
Gürcüstan Futbol Federasiyası (GFF) futbolçuların, azarkeşlərin sağlamlığını və təhlükəsizliyini əsas tutaraq, avqustun 14-dən sentyabrın 4-nə qədər futbol yarışlarına müvəqqəti fasilə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin