Millətlər Liqası: Koronavirusa yoluxan futbolçu finalı buraxacaq

Futbol üzrə Fransa milli komandasının futbolçusu Adrien Rabiot koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

26 yaşlı yarımmüdafiəçi koronavirusa yoluxduğu üçün Fransa millisinin UEFA Millətlər Liqasının finalında İspaniyaya qarşı keçirəcəyi oyunu buraxacaq.

Sabah keçiriləcək İspaniya – Fransa matçı saat 22:45-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button