
Deşamın arzusu
Futbol üzrə Fransa milli komandasının baş məşqçisi Didye Deşam yığmadakı gələcəyiylə bağlı açıqlama verib.
Komanda.az xəbər verir ki, Fransanın RTL radiosuna danışan Deşam, DÇ-2022-dən sonra da millidə işləmək istədiyini deyib:
“Burda özümü çox yaxşı hiss edirəm, xoşbəxtəm. Əlbəttə, rəhbərliyin razılığı olsa, DÇ-2022-dən sonra da Fransa millisində işləmək istəyirəm”.
2012-ci ildən Fransa millisini çalışdıran Deşamın müqaviləsi 2022-ci ilin dekabrına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin