Kroyff debüt etmədən qovuldu
Futbol üzrə Ekvador millisinin baş məşqçisi Yordi Kroyff istefaya göndərilib.
Komanda.az xəbər verir ki, bu barədə Ekvador Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Xəbərdə, niderlandlı mütəxəssislə müqaviləyə birtərəfli qaydada xitam verildiyi bildirilib.
Əfsanəvi Yohan Kroyffun oğlu bu ilin yanvar ayında Ekvador millisinə baş məşqçi təyin edilmişdi. Onunla 3 illik müqavilə imzalanmışdı. Lakin gənc mütəxəssis bu komandanı heç bir oyuna çıxarmadan istefaya göndərilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin